Nurgül Yeşilçayın "həyat yoldaşı" BU ŞƏXS olacaq - FOTO

20.09.2020 15:28

"25 Film”in Zülfü Livanelinin "Konstantiniye oteli" əsərinin motivləri əsasında "FOX TV" üçün çəkəcəyi "Kefaret” serialına hazırlıqlar davam edir.

Rejissoru Məsudə Ərarslan və ssenari müəllifi Mahinur Ergün olan serialda baş rolları Nurgül Yeşilçay və Mert Fırat canlandıracaq.

Ekran işində N.Yeşilçayın həyat yoldaşı obrazını məşhur aktyor Yurdaer Okur canlandıracaq.

Qeyd edək ki, 46 yaşlı Okur "Kuruluş Osman”, "Aliya”, "Karadayı”, "Kurtlar Vadisi Pusu”, "Sakarya Fırat” kimi məşhur seriallarda rol alıb./Publika.az




© xezerxeber.az


958 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR