Antonio Banderas koronavirusa yoluxub

10.08.2020 17:49

Məşhur Hollivud aktyoru Antonio Banderas koronavirusa yoluxub.

Bu barədə aktyor öz "Twitter” səhifəsində yazıb.

60 yaşlı aktyor doğum gününü virusa görə özünütəcrid rejimində qeyd etdiyini bildirib. A.Banderas özünü normal, lakin yorğun hiss etdiyini deyib.

Qeyd edək ki, Antonio Banderas "Ümidsiz”, "13-cü döyüşçü”, "Zorro maskası”, "Zorro əfsanəsi” kimi filmlərdə rol alıb.

© xezerxeber.az


675 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR