Teoman yenə xəstəliyə tutuldu

08.08.2020 16:41

Məşhur türk müğənni Teomanın səhhətində problem meydana gəlib.

İllər əvvəl "Tükənmişlik sindromu” yaşayan müğənni yenidən psixoloji çöküş yaşayır.

İddialara görə, yeni mahnılarının istədiyi nəticəni verməməsi Teomanı hər kəsdən uzaqlaşmağa və aqressiyaya sürükləyib.

Qeyd edək ki, Teoman 2012-ci ildə fotoqraf Ayşe Kaya ilə evlənmiş, 2015-ci ildə Zeyno adlı qızı dünyaya gəlmişdi. Elə həmin il həyat yoldaşından boşanmışdı.

Müğənni 2 yaşında ikən atasını itirib və evin yeganə övladı olaraq böyüyüb./Publika.az

© xezerxeber.az


445 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR