Acun Ilıcalının 2 milyonluq saatının özəlliyi nədir? - FOTO

06.06.2020 17:49

Avtomobillərə böyük marağı olan aparıcı Acun Ilıcalı bu dəfə sərvət dəyərindəki saatı ilə gündəmə gəlib.

Türkiyə mətbuatı xəbər verir ki, "Survivor” çəkilişləri üçün uzun müddətdir Dominikanda olan Ilıcalı bu yaxınlarda ümumi dəyəri 1 milyon 713 min 671 TL olan qırmızı rəngli "Richard Mille” saatı alıb.

Təxminən iki milyon lirə dəyərində olan saatı görənlər "Qolunda sərvət daşıyır” rəylərini yazıb. Bütün efirlərdə qara qısaqol köynək geyinən ulduzun saatının əsas xüsusiyyəti kütləvi istehsal olunmamasıdır. Sifariş əsasında ərsəyə gətirilən saatın qolbağı karbondan hazırlanıb./Publika.az





© xezerxeber.az


694 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR