Tuba Büyüküstün gənc qızları tənqid etdi

19.05.2020 14:52

"Özümə çox baxan biri deyiləm. Baxmaq istəyirəm, baxımlı xanımlara hörmət edirəm, heyranam, amma bu məsələdə çox uğurlu deyiləm”.

Bu sözləri tanınmış aktrisa Tuba Büyüküstün instaqramda canlı yayımda izləyiciləri ilə söhbət edərkən deyib. Karantin günlərini qızları ilə birlikdə keçirən ulduz sosial şəbəkədə tez-tez canlı yayıma qoşularaq izləyiciləri ilə ünsiyyət qurur. Bu dəfə isə aktrisa gözəllik və estetik cərrahiyyə mövzularına toxunub. Kino ulduzu son illərdə gənc qızların bir-birinə bənzəməyə çalışmaq cəhdlərini tənqid edib.

"İynədən qorxuram. Təbii üsullarla həll etmək mümkün olmadığı halda əməliyyata getməlisiniz. Gənclər sahib olduğu təbii gözəlliyi çox tez xərcləyir. Gənc insanların üzü-gözü və dərisi zatən gözəldir. Hesab edirəm ki, onlarla oynamaq, əlinizdə olanı xərcləmək deməkdir. Bir məsələ xüsusilə diqqətimi çəkir, öz üzləri ilə tanış olmaq və ona uyğun dəyişiklik etmək əvəzinə, hamı bir-birinə bənzəməyə başladı. Bu estetik müdaxilələrin xoşagəlməyən tərəfidir”, - deyə Tuba Büyüküstün qeyd edib./publika.az

© xezerxeber.az


495 dəfə oxunub

XƏBƏRLƏR

24.05.2020 20:41

Ot bahalaşıb - VİDEO

ÇOX OXUNANLAR