Məşhur aktyordan təqdirəlayiq addım: 1000 ailənin qarnını doyurdu - FOTO

04.05.2020 11:43

Türkiyənin məşhur aktyoru Murat Yıldırım təqdirəlayiq addımı ilə diqqətləri üzərinə cəmləyib.

Sənətçi min ailəyə iftar süfrəsi açıb.

Aktyor yaxın dostu, Afrikada çəkdiyi şəkillərlə tanınan fotoqraf Gökhan Emre Akılın vəsiləsi ilə Efiopiyadakı köməyə ehtiyac olan 1000 ailəyə yardım edərək, onlar üçün iftar süfrəsi açıb.

Efiopiyalı uşaqlar əllərində "Murat Yıldırım sənə təşəkkür edirik” yazılı kağızlar tutaraq, aktyora minnətdarlıqlarını bildiriblər.

Məşhurun hamıya örnək olacaq bu addımı sosial media əhli tərəfindən rəğbətlə qarşılanıb.

oxu.az

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR