Supermodel karantində 15 kiloqram kökəldi

10.04.2020 14:23

Amerikalı aktrisa, teleaparıcı, model Tayra Benks karantin günlərində çəkisini 15 kiloqram artırıb.

"Harper's Bazaar” jurnalına müsahibə verən model bununla kifayətlənməyərək, çəkisini daha da artırmaq fikrində olduğunu deyib.

46 yaşlı aktrisa gündəlik qidasından danışıb. O, səhərlər acqarına şəkərsiz tünd qəhvə, süd və sirop içir. Bundan başqa, onun menyusuna qaymaqlı-pendirli simit, qızardılmış basdırma və müxtəlif dadlı çipslər daxildir. Benks, həmçinintez-tez yeməyi kənardan sifariş verdiyini, xüsusilə ənənəvi Meksika qidası olan takonu sevdiyini qeyd edib.


Model, eyni zamanda, nə vaxtsa artıq çəkidən qurtulacağını deyib, amma bunun yaxın günlərə planlaşdırmadığını əlavə edib.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR