“Bütün dünya bir evdə” - Məşhurlar onlayn konsert verəcək

07.04.2020 15:48

Aprelin 18-19-da məşhur müğənnilərin "Bütün dünyabir evdə” adlı onlayn konserti olacaq.

RT-nin məlumatına görə, bu barədə Ledi Qaqa ÜST-lə birlikdə təşkil olunan videokonfrans zamanı bəyan edib.

Onun sözlərinə görə, tədbirbütün dünyada koronavirusla mübarizə aparaninsanların dəstəklənməsi üçün təşkil edilib.

Qeyd edək ki, onlayn konsertə globalcitizen.org saytından baxmaq mümkün olacaq.

Konsertdə Pol Makkartni, Ledi Qaqa, Billi Ayliş, Elton Con, Devid Bekhem və digər məşhurlar iştirak edəcək.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR