Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirildi

01.04.2020 11:21

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirilib.

Bu barədə "Milliyet” xəbər yayıb.

Koronavirus səbəbindən xanımı Başaq Dizer ilə Kemerburqaz ərazisindəki evində qalan aktyordünən özünü pis hiss edib. O, bu səbəbdən yoxlamadan keçmək üçün"Liv Hospital”a gedib. Orada isə aktyor xəstəxanaya yerləşdirilib.

K.Tatlıtuğun koronavirusa yoluxduğu ehtimal edilir.

© xezerxeber.az


179 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR