Tanınmış aktyor koronavirus səbəbindən ölkəsinə qayıda bilmir

21.03.2020 12:41

Amerikalı aktyor, ssenarist Mikki Rurk koronavirus pandemiyası ilə əlaqədar Latviyanı tərk edə bilmir.

"Sputnik” agentliyi xəbər verir ki, aktyor Latviyanın paytaxtı Riqaya hərbi mövzulu mistik filmdə rol almaq məqsədilə gəlib.

Özünün "Instagram” səhifəsində gəzintiyə çıxdığı Riqa şəhərinin görüntülərini paylaşan aktyor izləyiciləri tərəfindən təhlükəsizlik qaydalarını pozduğuna görə sosial məsuliyyətsizlikdə ittiham olunub.

İctimai qınağa tuş gələn aktyor sosial şəbəkə hesabında dərc etdiyi fotoları silməyə məcbur olub.

© xezerxeber.az


98 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR