Məşhur aktrisa koronavirusdan sağaldı: “Vitamin qəbul edirəm, sarımsaq yeyirəm və...”

19.03.2020 14:13

"Uşaqlar, bu gün özümü daha yaxşı hiss edirəm! Temperatur düşüb. Londondayam! Koronavirusa yoluxduğumu necə bilirəm? Xəstəxanada testdən keçdim, cavab müsbət oldu. Mənə hansı müalicəni təyin etdilər? HEÇ BİR! Yalnızca yüksək temperaturda və ağrılar şiddətlənəndə parasetamol içməyi tapşırdılar, bunu da etdim. İmmuniteti dəstəkləmək üçün aşağıdakı vitaminləri qəbul edirəm: Vitamin C, E, D, B5, kurkumin, sink. Diqqət! Bu vitaminlər koronavirusu müalicə etmir, immun sisteminə yalnız viruslar və infeksiya ilə mübarizədə kömək edə bilərlər. Bütün xəstələrə şəfa diləyirəm”.

Bu sözləri bir həftə əvvəl koronavirus diaqnozu qoyulan 40 yaşlı aktrisa Olqa Kurilenko instaqramda yazıb. O, izləyicilərinə bu gün sağaldığını bildirib. Ukrayna əsilli film ulduzu sosial şəbəkədə ən çox verilən sualları cavablandırıb:

"Vitamin qəbul edir, sarımsaq yeyir və limonlu su içirəm”.

Qeyd edək ki, aktrisa diaqnozunu bilən kimi dərhal karantində qalıb və evdən çıxmayıb. Kurilenko əvvəlki açıqlamasında bildirmişdi ki, Böyük Britaniyada koronavirusa qarşı müalicə yoxdur: "Ağırlaşma müşahidə olunmazsa, xəstəlik yüngül formada davam edərsə, sadəcə immun sisteminin infeksiyanın öhdəsindən gələcəyini gözləmək lazımdır. Bununla yanaşı, immunitet dəstəklənməlidir: vitaminlərlə zəngin olan qidalar yeyin, çatışmazlıqları bərpa edin, məşq edin, kifayət qədər yatın və sağlam həyat tərzi keçirin”./publika.az

© xezerxeber.az


345 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR