Necati Şaşmazla həyat yoldaşı arasında GƏRGİNLİK - Polis müdaxilə etdi

17.03.2020 15:16

Ukraynadan qayıdan məşhur aktyor Necati Şaşmaz boşanma mərhələsində olduğu xanımı ilə gərginlik yaşayıb.

Türkiyə mətbuatı xəbər verir ki, buna səbəb aktyorun Nagehan Şaşmazın koronavirus səbəbilə 14 günlük karantin müddətinə əməl etməməsi olub.

"Kurtlar Vadisi" serialındakı rolu ilə məşhurlaşan ulduz 6,5 və 1,5 yaşlı oğlunu almaq üçün boşanma mərhələsində olduğu həyat yoldaşı Nagehan Şaşmazın evinə gedib. N.Şaşmaz karantin müddəti tamam olmadığı üçün uşaqlarını Necatiyə vermək istəməyib. O, övladlarının immunitetinin aşağı olduğunu söyləsə də, aktyor vəkil, polis və pedaqoq vasitəsilə uşaqları ala bilib./publika.az

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR