Fahriye Evcen doğuşdan sonra necə arıqladı?

25.02.2020 12:15

Oğlunun sağlamlığını hər şeydən üstün tutan Fahriye Evcen doğuşdan sonra artıq çəkisi ilə gündəm olmuşdu.

Türkiyə mətbuatı xəbər verir ki, kino ulduzunun ənənəvi üsullarla arıqladığı və əvvəlki çəkisinə qovuşduğu məlum olub. Ulduza yaxın mənbələrin sözlərinə görə, ənənəvi üsullarla qidalanan gözəl aktrisanın menyusunun əsas hissəsini qurudulmuş meyvələr, xurma, kompot və bulqur təşkil edir. 12 kq arıqlamağa müvəffəq olan Fahriye Evcen oğlunu ana südü ilə bəslədiyi üçün pəhriz müddətində heç bir zərərli məhsuldan istifadə etməyib.

Aktrisanın sarıköklü cövhərlə arıqlaması haqqında yayılan xəbərlərinsə fırıldaqçıların əsassız reklam iddiaları olduğu üzə çıxıb./publika.az

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

03.04.2020 14:21

Sabah da yağış yağacaq

ÇOX OXUNANLAR