Türkiyənin məşhur müğənnisi Funda Arar Miri Yusifin "Bağışla" mahnısını icazəsiz oxuduğuna görə azərbaycanlı müğənni ilə məhkəməlik olmasından danışıb.
Türkiyəli sənətçi mahnının Miri Yusifə aid olmasından xəbərdar olmadığını və onu aldatdıqlarını bildirib: "Bu məsələdə mənə aid bir iş yoxdur. Çünki biz mahnını Azərbaycanda ona aid olduğunu deyən birindən almışıq" .
Qeyd edək ki, Funda Arar yeni albomuna daxil etdiyi və klip çəkdirdiyi "Bağışla" adlı mahnıda müəllifin adını qeyd etmədiyi üçün Miri Yusif müəllif hüququnun tapdalandığını bildirərək onu məhkəməyə vermiş və türkiyəli müğənniyə qalib gəlmişdi.
Funda Arar isə Miri Yusifin ifasında səslənən mahnını səsləndirmək üçün MC Muraddan icazə aldığını söyləmişdi.