Məşhur modeldən şok etiraf: “Dünyadakı bütün idmançılar...”

09.01.2020 17:28

Sosial medianın məşhur simalarından olan avstraliyalı fitnes model Temmi Hembro canlı yayımda maraqlı bir etirafla çıxış edib. O, dünyadakı bütün idmançılardan ismarıc aldığını deyib və onlarla görüşməyin şərtini açıqlayıb.

Bu barədə "Son Dakika” xəbər yayıb.

Uğurlu fitnes karyerası ilə bərabər, bu sahədə "imperatorluq” qurduğu deyilən 25 yaşlı model bu mesajlardan bəzilərini yayım əsnasında oxuyub.

Bir başqa sosial media fenomeni Ris Hokins ilə nişanlı olan və bu münasibətlərdən iki uşağı olan Hembro gələn ismarıclara laqeyd qalmamaq barədə şərtini açıqlayıb:

"Çox səmimi və yaraşıqlı olduğunu düşündüyüm biri ismarıc göndərərsə, ona cavab verə və məni görüşə aparmasına icazə verə bilərəm”.

Qeyd edək ki, hazırda 10 milyondan artıq"Instagram”izləyicisi olan Hembro sosial media paylaşımları, fitnes sayəsində çoxlu gəlir əldə edir.

© xezerxeber.az


442 dəfə oxunub

XƏBƏRLƏR

24.05.2020 20:41

Ot bahalaşıb - VİDEO

ÇOX OXUNANLAR