Viktoriya Bekhemin başı dərddə - Yeni ilə milyonlar dəyərində borcla girir

31.12.2019 16:17

Dünyaca məşhur dizayner Viktoriya Bekhem üçün bu il heç də yaxşı bitmir. Dəb ikonasının başı dərddədir.

 "Viktoria Beckham Ltd”36 mln funt sterliq (təxminən 822 mln manat) borca düşüb.

"Victoria Beckham” moda markası 2008-ci ildə yaradılıb vəbütün dünyada tanınan bir şirkətə çevrilib. Viktoriyanın yaratdığı brend 11 il ərzində dünyanın ən populyar şirkətinə çevrilib.Dünyanın aparıcı "Moda həftə”lərində Viktoriyanın yeni kolleksiyalarının moda nümayişləri keçirilir. Dəb evinin ərsəyə gətirdiyi biri-birindən şık və nəfis geyimlər İngiltərə şahzadəsi Meqan Markldan tutmuş dünya şöhrətli müğənni Ledi Qaqa kimi məşhur simaların qarderobunda yer alır.

Amma buna rəğmən sözügedən şirkətin borcları günü-gündən çoxalır və artmaqda davam edir. Keçən il şirkətin borcları 12,5 milyon funt sterlinq (təxminən, 278 mln manat) təşkil edib. Bu il şirkətin dəyəri 36 milyon funt sterlinqdən (təxminən, 80 mlnmanat) dəyərində daha da aşağı enib.

Qeyd edək ki, var-dövləti milyardlarla ölçülən və 1999-cu ildə evlənən keçmiş futbolçu, hazırda isə iş adamı Devid Bekhem və dünyaca məşhur dizayner Viktoriya Bekhem cütlüyünün Bruklin, Romeo, Kruz adlı üç oğlu və Harper adlı bir qızı var.

oxu.az

© xezerxeber.az


338 dəfə oxunub

XƏBƏRLƏR

24.05.2020 20:41

Ot bahalaşıb - VİDEO

ÇOX OXUNANLAR