Afrika gözəlindən qızlara TÖVSİYƏ: saç və makiyaja bu qədər vaxt ayırmayın - FOTO

27.12.2019 18:23

Afrika əsilli qara model Lolita Makueyin okean yaşıl gözləri, hamar dərisi, fərqli və mükəmməl üz cizgiləri ilə Barbi gəlinciyini xatırladır.

Seneqallı model özünü instaqramda Hannah Montana adlandırır və təxminən 500.000 izləyicisi var.

Ekzotik gözəlliyi ilə diqqət çəkən model görənləri heyrətləndirir. Sosial şəbəkələrdə qaradərili həmcsinlərinə ilham verir, o, xanımlara özünü və dəri rəngini olduğu kimi qəbul etməyi məsləhət görür:

"Əziz izləyicilərim və bacılarım üzülməyinizi və vaxt itirməyinizi istəmirəm. Kişiləri bu qədər çox vecinizə almayın. Hələ çox cavansınız. Bunlara dəyməz və yalnız mənasız basketbol video oyunu ilə maraqlanarlar. Xüsusilə onlara gözəl görünmək üçün əlavə səy sərf etməyin, özünüz üçün geyinin və bəzənin. Kişilərin xoşuna gəlmək üçün saç və makiyaja bu qədər vaxt ayırmayın. Mən də bütün bu səhvləri etdim, bu da məni kimliyimdən uzaqlaşdırdı. Dərslərinizə fikir verib və məktəbi əla qiymətlərlə bitirin”./publika.az





© xezerxeber.az


654 dəfə oxunub

XƏBƏRLƏR

24.05.2020 20:41

Ot bahalaşıb - VİDEO

ÇOX OXUNANLAR