“Hercai”nin aktrisası geyimi ilə göz qamaşdırdı - FOTO

26.12.2019 15:02

Bir neçə gün əvvəl baş rollarda Ebru Şahin və İsmail Hacıoğlunun oynadığı "Şüursuz aşk” filminin premyerası olub.

Qala gecəsində aktyor İsmail Hacıoğlu iştirak etməyib. Məlum olub ki, aktyor qidadan zəhərlənib, odur ki, gecədə həmkarlarını müşayiət etməyib.

Yüksək reytinq toplayan "Hercai” serialının baş rol ifaçısı Ebru Şahin gecədə alqırmızı libası ilə göz qamaşdırıb. 27 yaşlı ulduzun geyimini tanınmış modelyer Raşit Bağzıbağlı hazırlayıb. Libasın qiyməti 11 min TL-dir (təxminən 4000 min manat). Aktrisa obrazını boyunbağı və retro saç dalğaları ilə tamamlayaraq zərifliyini önə çıxarıb.

Qeyd edək ki, hüznlü eşq hekayəsindən bəhs edən dram filminin rejissoru Ümit Ertekdir./publika.az




© xezerxeber.az

FOTOQALERIYA






452 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR