Aslı Enverin çəkildiyi “Babil” serialı haqqında BİLMƏDİKLƏRİNİZ

23.12.2019 14:01

Baş rollarda Halit Ergenç, Aslı Enver, Birce Akalay, Ozan Güven, Nur Fettahoğlunun çəkildiyi "Babil” serialının yayım tarixi bəlli olmasa da, layihənin tezliklə ekrana çıxacağı bildirilib.

Türkiyə mətbuatı xəbər verir ki, "Ay Yapım” şirkətinin istehsalı ilə ərsəyə gələn serialın rejissorluğunu Uluç Bayraktar həyata keçirir, ssenarisi isə Nüket Bıçakçı və Özlem Yücelə məxsusdur.

İlk təqdimat çarxının internetdə yayımlanması ilə "Babil”, izləyicilərdə böyük maraq oyadıb. İddia olunur ki, güclü aktyor heyətindən ibarət olan serial ekranlara yeni nəfəs gətirəcək. Səbirsizliklə gözlənilən layihə "Star TV” kanalında nümayiş olunacaq.

Serial nədən bəhs edir?

İdealist iqtisadiyyat professoru olan İrfanın haqsız yerə işdən çıxarılması və 7 yaşlı oğlu Dənizin (Beren Kasimoğulları) qəfil xəstələnməsi ilə (Halit Ergenç) "həyatı başına yıxılır”. Bütün qapılar üzünə bağlananda, həyat yoldaşı Eda (Nur Fettahoğlu) uşaqlıq dostları Egemendən (Ozan Güven) yardım istəyir. Əsas hadisələr də bundan sonra başlayır. Oğlunun həyatını xilas etmək üçün heç düşünmədən özünü riskə atan İrfan ağlına belə gətirmədiyi qaranlıq dünyaya qərq olur.

Evlənmə ərəfəsində tərk etdiyi keçmiş sevgilisi İlayın (Birce Akalay) təhlükəli iş adamı Süleymanın (Mesut Akusta) məşuqəsi olduğunu öyrənən İrfan, bir çox imtahanla qarşılaşmaq məcburiyyətində qalır. Bu çətin yolda tanış olduğu Ayşe (Aslı Enver) İrfanın xilaskarı olur./publika.az

© xezerxeber.az


598 dəfə oxunub

XƏBƏRLƏR

28.05.2020 17:17

Beyl "Real"da qala bilər

ÇOX OXUNANLAR