Tənqidçilərin bəyənmədiyi film premyeradan 60 milyon dollar götürdü

21.12.2019 15:51

"Ulduz müharibələri: Skyuker. Gündoğumu”elmi-fantastik filminin premyerası "Walt Disney Company”dən olan yaradıcılarına 59,1 milyon dollar qazandırıb.

Bu barədə "Reuters” xəbər yayıb.

Bununla belə, tənqidçilər filmi soyuq qarşılayıblar. "Rotten Tomatoes” saytında ekspertlərin rəyinə görə onunreytinqi cəmi 57 faiz təşkil edib.

Beləliklə,"Ulduz müharibələri: Skyuker. Gündoğumu”bu göstəricilərə görə ən zəifreytinqi olan "The Phantom Menace”(1999) filmindən(53 faiz) bir qədər uğurlu sayılıb.

Buna baxmayaraq, tamaşaçıların 86 faizi filmdən razı qalıb.

© xezerxeber.az


259 dəfə oxunub

XƏBƏRLƏR

24.05.2020 20:41

Ot bahalaşıb - VİDEO

ÇOX OXUNANLAR