Roza Zərgərli Qazaxıstanda mükafat aldı

21.12.2019 12:57

Müğənni Roza Zərgərli Qazaxıstanın illik reytinq dəyərləndirilməsi olan "Qazax Music Awards" mükafatına layiq görülüb.

XəzərXəbər xəbər verir ki, Türk dövlətlərinin qatılacağı gecə dekabrın 22-də "Almaty Arena"da keçiriləcək.

Qazaxıstanın milli mükafatlandırma gecəsində Roza Zərgərli özü də iştirak edəcək. O, mükafatını almaq üçün bu günlərdə yola düşəcək. Tədbirdə maraqlı şoular, iştirakçıların çıxışları yer alacaq.

Mərasimin aparıcılığını Qazaxıstanın Əməkdar artisti Tamara Asar, aparıcı Aygün Mukey, aktyor-aparıcı Alişer Aset, aparıcı Baurcan Satov edəcəklər.

© xezerxeber.az


271 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR