Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Acunun keçmiş arvadının kafesi bağlandı

10.12.2019 16:06

Türkiyəli iş adamı, TV8 kanalının rəhbəri Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının kafesinin bağlanması ilə bağlı iddialar irəli sürülüb.

Bir müddət öncə İstanbulun Bebek bölgəsində yerləşən kafenin kirayəsini ödəyə bilmədiyi açıqlanmışdı. Hətta Şeymanın kafedən heç bir gəlir əldə edə bilmədiyi bildirilir.

Tanınmış dostları belə kafeyə gəlmir. Ona görə də satışlarda istənilən məbləğ əldə edilə bilmir. Bu səbəbdən də Şeyma qazanc əldə etmək üçün "YouTube” kanalı açıb.

Kafenin bağlanması öz təsdiqini tapıb. Artıq bir neçə gündür kafe bağlıdır. Hələlik Şeyma məkanın hansı səbəbdən bağlandığını açıqlamayıb.

Qeyd edək ki, sağlam qida verilən kafenin aylıq kirayəsi 60 min lirədir. Boşanmadan öncə Acun Ilıcalı tərəfindən bir illik kirayə əvvəlcədən ödəmişdi. Şeyma Subaşı hazırda italyalı DJ Quido Seniada ilə sevgilidir./teleqraf

© xezerxeber.az


267 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR