"Qızıl Qlobus - 2020"nin namizədləri açıqlandı

10.12.2019 14:12

Hollivudun Xarici Mətbuat Assosiasiyası tərəfindən təsis edilən "Qızıl qlobus-2019" mükafatının namizədlər siyahısı təşkilatın rəsmi saytında açıqlanıb.

Mərasimdə britaniyalı aktyor Riki Cerveys yenidən aparıcılıq edəcək.

İspan rejissor Pedro Almodovarın "Ağrı və şöhrət”, fransız rejissor Laca Linin "Səfillər” (Les misérables, 2019), (Dolor y gloria, 2019), şimali koreyalı Pon Çjun Xonun "Parazitlər” (Gisaengchung, 2019) və fransız Selin Syammanın "Alovlar içindəki qızın portreti” (Portrait de la jeune fille en feu, 2019) filmləri namizədlər siyahısında yer alıb.

"Ən yaxşı animasiya filmi” nominasiyası uğrunda Kris Bak və Cenifer Linin "Soyuq ürək-2”, Din Debluanın "Əjdahanı necə əhilləşdirmək -3”, Con Favronun "Kral Şir”, Kris Batlerin "İtirilmiş bənd”, Coş Kulinin "Oyuncaqlar hekayəsi 4” filmləri mübarizə aparacaqlar.

Pon Çun Xo ("Parazitlər”), Sem Mendes ("1971”), Todd Fillips ("Coker”), Martin Skorsez ("İrlandiyalı”) və Kventin Tarantino isə (Bir dəfə Hollivudda”) "Ən yaxşı rejissor” adına layiq görülə bilərlər.

"Ən yaxşı aktyor” nominasiyasında Hollivud ulduzları Eddi Mörfi, Leonardo Di Kaprio, Antonio Banderas, Hoakin Feniks kimi məşhurların adları var.



Qeyd edək ki, 77-ci "Qızıl Qlobus” mükafatlandırma mərasimi yanvarın 5-də Kaliforniya ştatının Beverli Hills şəhərində baş tutacaq./Publika.az

© xezerxeber.az


332 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR