Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Aktrisanın 16 yaşlı qızı gözəlliyi ilə OVSUNLADI - FOTO

01.11.2019 13:25

Ketrin Zeta Cons və Maykl Duqlasın 16 yaşlı qızı Keris moda dünyasını fəth etməkdədir və ona bu yolda anası dəstək göstərir.

Aktrisa ilə qızı "Fendi” markasının çanta reklam kampaniyasının əsas personajları seçilib. Çəkiliş Romada baş tutub, videoçarxa yalnız moda aksessuarları deyil, həm də inanılmaz italyan memarlığı daxil edilib. Ana və qız məhəbbətindən bəhs edən kampaniya heyrətamiz alınıb. Kadrlarda Keris və Ketrin bir-birlərini qucaqlayır və tarixi binaların birində rəqs edirlər.

Əlavə edək ki, aktrisa və qızı uzun müddətdir italyan brendi ilə əməkdaşlıq edir. Kerisin dəb debütü keçən il baş tutmuşdu. O, anası ilə birlikdə "Town & Country” jurnalının sentyabr sayında qonaq olmuşdu./publika.az








© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR