Məşhur müğənni nadir xəstəliyindən şikayətləndi

06.10.2019 17:20

Avstraliyalı müğənni Sia ilk dəfə olaraq nevroloji xəstəlikdən əziyyət çəkdiyini etiraf edib.

Bu barədə o özünün "Twitter” səhifəsində yazıb.

Sia postunda Elers-Danlos sindromundan əziyyət çəkdiyini bildirib. Qadın xroniki ağrılar yaşadığınıqeyd edib. O, postunda fiziki və ya emosional ağrıdan əziyyət çəkənləri dəstəkləyib.

"Mən sizi sevirəm, ayaq üstə durmaqda davam edin. Ağrı ruh düşgünlüyü yaradır, lakin siz tək deyilsiniz”, - deyə müğənni yazıb.

Genetik xəstəlik olan Elers-Danlos sindromunun hədəfi dəri, sümük, qan damarları və digər orqan və toxumaları birləşdirərək vahid sistem yaradan birləşdirici toxumalardır. Bu xəstəlikdən əziyyət çəkən insanların olduqca yumşaq və zərif dərisi olur. Onların dərisinin üzərində tez-tez qançır və çapıqlar yaranır.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR