Ölkəmizdə qonaq olan türk aktyor təcili geri qayıtdı - FOTO

02.10.2019 16:00

Azərbaycana qonaq gələn türkiyəli məşhur aktyor Selçuk Yöntem ölkəsinə dönmək məcburiyyətində qalıb.

Teleqraf.com-un əldə etdiyi etdiyi məlumata görə, Selçuk Yöntem o, qatılmalı olduğu rəsmi tədbirdə iştirak edə bilməyib. Buna səbəb dostu, aktyor Tarık Ünlüoğlunun ölümü olub.

Aktyor instaqramda Tarık Ünlüoğlu ilə bağlı bu sözləri qeyd edib: "Can dostum. Bunları yazarkən ürəyim yanır. O gülüşün olmadan biz neynəyəcəyik?”

Tarık Ünlüoğlu ötən gün xəstəxanada ağır xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Selçuk Yöntem"Aşkı-Memnun” serialı ilə məşhurlaşıb.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR