Məşhur müğənni boşanır - Məhkəməyə müraciət

14.09.2019 12:08

Dünyaca məşhur britaniyalı müğənni Adel biznesmen əri Saymon Konnekkidən boşanmaq üçün məhkəməyə müraciət edib.

Kult.az xəbər verir ki, bu barədə "Uels Onlayn” məlumat yayıb.

Qeyd edək ki, 2011-ci ildən görüşməyə başlayan cütlüyün bir il sonra oğlan övladı dünyaya gəlib. Adel və Konnekki 2016-ci ildə gizlin şəkildə evləniblər.

Apreldə isə 31 yaşlı müğənni 3 illik həyat yoldaşından ayrıldığını açıqlamışdı.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR