Timatinin "dislike" "rekord"u qıran klipi "Youtube"dan silindi

10.09.2019 14:47

Rusiyanın məşhur repçisi Timatihəmkarı Guf ilə birlikdə lentə aldığı klipini gözlənilmədən "Youtube" videoplatformasından silib.

Sosial şəbəkələrdəki mənfi rəyləri görən sənətçi bu addımı atmaq qərarına gəlib.

Belə ki, ekran işinin premyerası 7 sentyabr Şəhər Günündə baş tutub.

"Mitinqlərə getmirəm" və "Sobyaninin sağlamlığı üçün burgeri yemirəm" sətirlərinə görə sənətçilər məkrli olmaqda ittiham olunublar.

İki gün ərzində klip birmilyondan çox dislike toplayıb. Bu,Rusiya üzrə "YouTube"da rekord göstərici sayılıb.

Guf isə öz növbəsində mahnıya və klipə görə izləyicilərdən üzr istəyib. O, siyasi məsələlərdən xəbərdar olmadığını bildirib./oxu.az

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR