İspan müğənnisi Rosalia ölkə tarixində ilk uğura imza atıb

27.08.2019 16:50

ABŞ-da keçirilən "MTV Video Music Awards” mərasimində amerikalı müğənni Taylor Svift "2019-cu ilin ən yaxşı videosu”, ispaniyalı Rosalia isə "Con altura” mahnısına görə "ən yaxşı latın amerikan videosu və xoreoqrafiyası” mükafatlarını qazanıblar.

Xezerxeber.az xəbər verir ki, 25 yaşlı ispaniyalı qadın müğənninin belə bir uğuru ölkə tarixində ilk hadisədir.

Qeyd edək ki, Alexandro Sanz 2001-ci ildə "El alma al aire” mahnısı ilə birinci olsa da o vaxtdan İspaniyada heç kim belə bir uğura imza ata bilməmişdi.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR