Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Şəbnəm Tapdıq adını dəyişdi - AÇIQLAMA

05.07.2019 14:26

İllərdir adı ilə bağlı problemlər yaşayan Şəbnəm Tapdıq adını dəyişib.

Bu barədə Oxu.Az-a Ş.Tapdıq özü məlumat verib.

Bildirib ki, bundan sonra onun adı İlk Şəbnəm olacaq:

"Mən 40 ildir ki, sənətdəyəm. Bu sənətə gələndə də Şəbnəm adı ilk məndə olub. Daha sonralar incəsənətdə Şəbnəm adı çoxaldı. Mən də onlardan fərqlənmək üçün adımı patentləşdirməyə qərar verdim. Yəni Şəbnəm adımı dəyişib İlk Şəbnəm qoydum. Bütün televiziya və radiolara rəsmi ərizə yazıb bildirdim ki, mənimlə bağlıhər hansısa bir məlumat və ya ifalarım səslənərsə, adımı İlk Şəbnəm Tapdıq söyləsinlər. Qoy, sənətdə olanlar Şəbnəm olsunlar, mən də İlk Şəbnəm olum”.

Qeyd edək ki, müğənni Şəbnəm Qəhrəmanova proqramların birində Ş.Tapdığın 102-yə zəng vuraraq, ondan şikayət etdiyini deyib. Onun iddiasına görə, Ş.Tapdığın bu addımı atmasına səbəb adı olub. Tapdıq Ş.Qəhrəmanovanın adını dəyişməsini tələb edib.Oxu.Az-a açıqlama verən Ş. Qəhrəmanovabir daha bu hal təkrarlansa, Şəbnəm Tapdığı məhkəməyə vərəcəyini deyib.

Məumat üçün bildirək ki, müğənni Şəbnəm Tapdıq bu adı daşıyanhəmkarlarınıneyni isimdən yararlanmaqlakonsertlər verməsinəetirazını bildirib. Hətta bununla bağlı Milli Televiziya və Radio Şurasının sədrinə məktub ünvanlayıb.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR