“Namus o nöqtədə deyil...” - Tuğba Əkinçidən şok sözlər

03.07.2019 16:57

Azərbaycan əsilli türkiyəli müğənni Tuğba Əkiçinin TV8-in rəhbəri Acun Ilıcalı barədə paylaşımı maraqla qarşılanıb.

Quido Senianın Acun Ilıcadan təzə boşanan sevgilisi Şeyma Subaşı ilə İnstaqramda yayımladığı fotodan sonra Tuğba Əkinçinin paylaşımı diqqət çəkib.

"Halal olsun Acun bəyə, həmişə keçmiş həyat yoldaşının arxasında durub. Etməyən etməzdi, namus ayaq arasında deyil, beyində olmalıdır. Kişidə də, qadında da. Halal olsun Acun Ilıcalı, insan olmaq ayrı şeydir, çox özəl insansan”, - deyə Azərbaycan əsilli ifaçı qeyd edib.

Xatırladaq ki, Quido Senia Şeyma Subaşının doğum günündə birgə fotolarını "Yaxşı ki, doğulmusan, əzizim” qeydi ilə yayımlamışdı./teleqraf.com

© xezerxeber.az


239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR