Həkimlər Mehmet Əli Ərbillə bağlı qərar verdi

01.07.2019 17:25

Səhhəti günü-gündən daha da yaxşılaşan şoumen Mehmet Əli Ərbillə bağlı yeni xəbər var.

Həkimlər aparıcının artıq evə buraxıla biləcəyini açıqlayıb. Onlar bildirib ki, 223 gündür xəstəxanada yatan Ərbil bir problem olmasa, çərşənbə axşamı evinə göndəriləcək.

Qeyd edək ki, Mehmet Əli Ərbil evinin vanna otağında yıxılaraq, yaralanmışdı. Qabırğalarında qırıq olan şoumen günlərlə komada olub. (milli.az)

© xezerxeber.az


220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR