Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Məşhur cütüyün münasibətləri ilə bağlı xəbərə nöqtə qoyuldu

01.07.2019 16:37

Oğlunun konsertinə qatılan Sərpil Doğulu jurnalistlərin suallarını cavablandırıb

Beş il öncə ailə həyatı quran tanınmış aktrisa Beren Saatla müğənni Kənan Doğulunun boşanma xəbəri ilə bağlı söz-söhbətə nöqtə qoyulub.

Cütlüyün boşanması ilə bağlı yayılan şayiələrə müğənninin anası Sərpil Doğulu aydınlıq gətirib. Oğlunun konsertinə qatılan ana jurnalistlərin suallarını cavablandırıb: "Yayılan məlumat yalandır. Kənanla Beren bir yerdədirlər, hər şey qaydasındadır”.

Xatırladaq ki, bir müddət öncə Beren Saatın qəzada dünyasını dəyişən keçmiş sevgilisi ilə bağlı paylaşımı cütlüyün boşanması ilə bağlı şayiələrin yaranmasına səbəb olmuşdu.

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR