Stallonenin qızı gözəlliyi ilə hamını heyrətə saldı - FOTO

26.05.2019 16:09

Silvestr Stallone Kann festivalına qızı ilə gəlib. Sofiya hamını gözəlliyi ilə heyrətə salıb.

XəzərXəbər Bizimyol.info-a istinadən xəbər verir ki, Stallonenin üç qızı var. Skarlett 16, Sistin 20, Sofiya 22 yaşındadır. Hollivud ulduzunun hər üç qızı gözəl sayılır. Onlar hətta 2017-ci ildə "Miss "Qızıl qlobus” titulunu da layiq görülüb. İki il əvvəl mükafatlandırma mərasimində iştirak edərək, heykəlciyi qaliblərə şəxsən vermişdilər.

Foto: Instagram @sylvesterstallone1946 / Getty Images

Stallone Kann festivalına "Rembo: Son qan” filmi ilə gəlib. O, lentin bir neçə parçasını göstərmək fikrindədir. Bundan başqa, dördüncü seriyanın 4K keyfiyyətində restavrasiya olunmuş variantı göstəriləcək. Beləcə, filmin yeni versiyasının dünya premyerası baş tutacaq.

© xezerxeber.az


223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR