Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Arvadı ilə barışmaq üçün 3,8 milyon manatdan keçdi

22.05.2019 14:28

Son mövsümü Qətərin "Əl-Qarafa" klubunda keçirən Uesli Sneyder aktrisa və aparıcı həyat yoldaşı Yolante Kabau ilə barışmaq üçün bütün vasitələrdən istifadə edir.

XəzərXəbər xəbər verir ki, holland futbolçu Analar günündə xanımının başçılıq etdiyi "Free A Girl" dərnəyinə 2 milyon avro (təxminən 3,8 milyon manat) bağışlayıb. Hollandiya mətbuatının məlumatına görə, Sneyder bu yolla həyat yoldaşının könlünü almaq istəyir.


Sneyderlə Kabaunun münasibətləri mart ayında pisləşib. İddialara görə, futbolçu həyat yoldaşına xəyanət edib və daha sonra onu vurub. Holland yarımmüdafiəçi bununla bağlı açıqlamasında "Evliliyi mən batırdım. Birdən çox səhv etdim, çox peşmanam" demişdi. Həyat yoldaşı isə indiyədək heç bir açıqlama verməyib. Kabaunun boşanma sənədlərini imzalamadığı və gözləmə mövqeyi tutduğu deyilir. Boşanma gerçəkləşəcəyi halda Sneyder xanımına 19 milyon avro (17 milyon manat) təzminat ödəyəcək.

Qeyd edək ki, Kabaunun qurucusu olduğu "Free A Girl" fondu dünyada minlərlə qızı əxlaqsızlığa cəlb edən qruplaşmalardan qoruyur.


Fanat.Az

© xezerxeber.az


321 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR