Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Madonna "Eurovision"un finalında çıxış edəcək

17.05.2019 11:53

Madonna mayın 18-də Təl Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin finalında çıxış edəcək.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, bu barədə Kan İctimai Yayım Şirkəti məlumat yayıb. 

Bununla bağlı dünya şöhrətli müğənni ilə müsabiqənin təşkilatçısı olan yayım şirkəti arasında müqavilə imzalanıb.  

"Yedioth Ahronoth”un məlumatına görə, Madonnanın finaldakı konsertinin 1,3 milyon dollar məbləğindəki xərclərini israilli-kanadalı milyarder Silvan Adams ödəyəcək. 

Müğənninin "Eurovision"un finalında üç mahnı ifa edəcəyi gözlənilir.

© xezerxeber.az


314 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR