Britni Spirs səhnəylə vidalaşır

16.05.2019 12:02

Xəbər verdiyimiz kimi, dünya şöhrətli müğənni BritniSpirs ruhi dispanserdə uzunmüddətdir ciddi şəkildə müalicə alır. Psixoloji sarsıntılar keçirən Britninin bir daha səhnəyə qayıtmayacağına dair məlumatlar yayılıb.

Oxu.Az TMZ- yə istinadən xəbər verir ki, bu barədə ifaçının meneceri Larri Rudolf bildirib:

"Mən istəmirəm ki, Britni fiziki, psixi və mənəvi cəhətdən hazır olmayınca səhnəyə çıxsın. Əgər bunlar onda baş verməzsə, deməli, bir daha səhnəyə çıxmayacaq”.

Qeyd edək ki, bir müddə öncə 37 yaşlı Spirs əslən iranlı sevgilisi Sem Asqari ilə dispanseri tərk etdiyi zamanı paparazzilərin kamerasına tuş gəlib. Məşhuru görənlər onun qocaldığını və əvvəlki gözəlliyindən əsər-əlamət qalmadığını qeyd ediblər.

© xezerxeber.az


205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR