Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Eurovision"da 10 ölkə final mərhələsinə keçdi - SİYAHI

15.05.2019 10:37

"Eurovision" mahnı yarışmasının ilk yarımfinalında iştirak edən ölkələrdən 10-u final mərhələsinə keçib.

Bunlar Yunanıstan, Belarus, Serbiya, Kirp, Estoniya, Çexiya, Avstraliya, San Marino, İslandiya və Sloveniyadır.

***

İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı yarışmasının ilk yarımfinalı başlayıb.

Birinci yarımfinalda 17 ölkənin təmsilçisi iştirak edəcək, onlardan 10-u beynəlxalq müsabiqənin finalına seçiləcək.

Mayın 14-də Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San Marino iştirakçıları səhnəyə çıxacaqlar.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da ikinci yarımfinalda çıxış edəcək.

Müsabiqənin finalı 18 Mayda keçiriləcək, açılışda pop ulduz Madonna səhnəyə çıxacaq.

© xezerxeber.az


439 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR