Hicablı qadınları təhqir edən aktrisa ilə bağlı SON MƏLUMAT

03.05.2019 12:23

Türkiyəli məşhur aktrisa Deniz Çakırın növbəti məhkəməsinin vaxtı müəyyənləşib.

Hicablı qadınları təhqir etməsi iddiası ilə haqqında istintaq başlayan aktrisa 8 oktyabrda yenidən hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Dəniz bir müddət öncə getdiyi bir kafedə 6 hicablı qadına yaxınlaşaraq "Nə gəzirsiniz burada? Səudiyyə Ərəbistanına gedin" sözlərini deyib. Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama versə də, İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb./Redaktor.az

© xezerxeber.az


245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR