“Eurovision”da bir ilk - DNT analizi verilməlidir

02.05.2019 16:33

Bu il "Eurovision” mahnı müsabiqəsində yeni qayda tətbiq edilib. Beynəlxalq layihədə iştirak edən müğənnilərin hamısı DNT analizi verib.

Bu barədə yarışmada Rusiyanı təmsil edən Sergey Lazarev məlumat verib. O bildirib ki, layihənin sponsorlarından birinin təklifi ilə belə addım atılıb. Buna səbəb iştirakçıların hansı millətə məxsus olduğunu müəyyənləşdirməkdir.

"Bütün iştirakçılar analiz veriblər. Hətta onlar KİV-də analizin nəticələrinin yayılmasına dair razılığa gəliblər. Düşünürəm ki, bu, hamının bir olduğunu göstərmək üçün atılmış bir addımdır”- deyə Sergey bildirib. ("Qafqazinfo”)

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR