Şok iddia: Beren və Kenan gələn həftə boşanır

21.03.2019 17:26

Türkiyənin tanınmış aktrisası Beren Saat və bir o qədər də məşhur olan həyat yoldaşı Kenan Doğulunun evliliklərinə qara buludlar çöküb.

Bir müddətdir birlikdə görünməyən və boşanma dedi-qodularına cavab verməyən cütlüyün gələn həftə boşanacaqları iddia edilib.

Kanal D ekranlarında yayımlanan "Müge ve Gülşenle 2-ci Sayfa" proqramının aparıcıları Beren və Kenan cütlüyünün boşanacağını iddia ediblər. Verilişin xəbərinə görə, cütlük martın 28-də boşanacaq.

Qeyd edək ki, doğum günündə qəzada həyatını itirən köhnə sevgilisi ilə bağlı paylaşım edən Beren Saatın xoşbəxt olmadığı və boşanacağı haqqında söz-söhbət yayılmışdı. Haqqında çıxan xəbərlərə cavab verməyən Beren sosial media hesablarındakı Kenan ilə fotolarını silmişdi.

Ölkə.Az

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR