Rusiyanı “Eurovision”da yenə Lazarev təmsil edəcək

08.02.2019 11:35

May ayında Təl -Əvivdə keçiriləcək "Eurovision–2019” mahnı müsabiqəsində Rusiyanı növbəti dəfə Sergey Lazarev təmsil edəcək.

TASS xəbər verir ki, bununla bağlı Rusiyanın Dövlət Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidməti məlumat yayıb.

Lazarev isə oxuyacağı mahnının Xalq artisti Filip Kirkorov tərəfindən adı açıqlanmayan yunan bəstəkarla birlikdə hazırlandığını deyib.

Qeyd edək ki, S.Lazarev Rusiyanı "Eurovision-2016” mahnı müsabiqəsində də təmsil etmişdi./azvision.az

© xezerxeber.az


287 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR