Azərbaycanlı müğənni ABŞ-da akademiyaya qəbul oldu

07.01.2019 15:03

Müğənni Səbinə Əskərova "The American Academy of Dramatic Arts”ın ilk azərbaycanlı tələbəsi olub.

Bu barədə ifaçının özü "Instagram" hesabında məlumat verib.

S. Əskərova təhsili ilə bağlı Los-Ancelesə köçəcəyini qeyd edib:

"Həyatımın bir neçə ilini bu akademiyada keçirəcəm. Neçə aydır başım imtahanlara qarışmışdı. Nəhayət ki, əla nəticə aldım və qəbul oldum. Hobbi kimi başqa, amma bu işi dərindən öyrənmək istəyirəm. Çoxdan düşündüyüm, amma hər zaman ertələdiyim arzumu həyata keçirdim”.

Qeyd edək ki, Səbinə Əskərova tamaşaçılara "Yağ yağışım", "Səndən sonra", "Sezon finalı" və s. mahnıları ilə tanışdır.

BAKU.WS



© xezerxeber.az


292 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR