Azərbaycanlı məşhurun oğlu “O səs Türkiyə”dən qovuldu

07.01.2019 13:29

Bilet və orada qalmaq üçün xərcləri özüm çəkmişdim. Ora axın çox olduğu üçün bunu özümüz etməli olduq.


XəzərXəbər xəbər verir ki, bunu "O səs Türkiyə"dən qovulması ilə bağlı danışarkən əməkdar artist Rəhman Rəhmanovun müğənni oğluEmil Rəhmanoğlu"Hər şey daxil"də deyib.

Prodüser-aparıcıTarix Əliyev (Tolik)Emilin Elgizin aparıcısı olduğu "Səhər-Səhər" proqramında müsabiqənin şərtlərindən kənara çıxdığı üçünyarışdan kənarlaşdırıldığını bildirib.

Emil "Elgiz sual verdi ki, hansı münsif ifana döndü? Mən də dedim Seda Sayan"sözləri ilə müsabiqənin gizlilik prinsipini pozduğunu etiraf edib.

Tolik isə Emilin yarışdan kənarlaşdırılmasında əsas günahkar kimi Elgizi göstərib:

"Birgünlük özünüzü reklam etməklə insanın bəlkə də xəyalları olan bir şeyi əlindən aldınız. Onsuz da, həmin gün verlişiniz reytinq vermədi. Ondan qabaq Emil mənim verilişimdə qonaq idi. Bəs mən onu niyə soruşmadım efirdə Emildən?!

Emili istəməyənlərdən biri verilişdən onun dediyini götürüb göndərib "O səs Türkiyə" təşkilatçılarına. Onlar da Emili oradan uzaqlaşdırıblar, biləsiniz. Məndə səs yazısı var".


© xezerxeber.az

FOTOQALERIYA






338 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR