Maykl Duqlas “Qızıl qlobus”a layiq görüldü

07.01.2019 10:02

Amerika aktyoru Maykl Duqlas "teleserialda, komediyada ən yaxşı aktyor" kimi bu il "Qızıl qlobus"un birinci sahibi olub.

TASS xəbər verir ki, Los-Ancelesdə bazar günündə keçirilən mükafatlandırma mərasimini NBC telekanalı yayımlayıb.

Duqlas bu mükafatlara "Kominski metodu" serialında ("The Kominsky Method"-red) baş rolun ifasına görə layiq görülüb. Onun rəqibləri arasında Cim Kerri ("Zarafat edirəm" serialı, Kidding) və Saşa Baron Koen ("Amerikada kim var?") olub.

Duqlas əvvəllər də dəfələrlə "Qızıl qlobus" mükafatına layiq görülüb.

Daha əvvəl Amerikalı aktyor Maykl Duqlas Hollivudun "Şöhrət xiyabanı"nda üstündə ad yazılmış ulduza layiq görülüb.(report.az)

© xezerxeber.az


240 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR