Bella Hadid Bekhemin yanında oturmaq üçün nələr etdi...

03.12.2018 17:26

Sosial şəbəkədə "Dior"un kişi kolleksiyası ilə bağlı video çarx yayılıb.

Görüntüdə yer alan 22 yaşlı model Bella Hadidi izləyicilər tənqid ediblər. Onlarmodelin Devid Bekhemə şirinlik etdiyini yazıblar.

Bella Bekhemlə qonşu kresloda oturmaq üçün əlindən gələni edib və buna nail olub. Amma Bekhem oturacaqdan durarak modellə yaxınlaşmamaq üçün əlindən gələni edib.O, hətta Bellaya baxmamaq üçün gözlərini qaçırdıb. Keçmiş futbolçunun qəribə hərəkətləri hər kəsi təəccübləndirib.

Bəlli olub ki, Bella ilə görüş Devidin başına bəla olub. Bu, onun ailəsində mübahisələr yaradıb. Parisdə stadionda üz-üzə gələn Devid və Hadid ətrafdakıların nəzərindən qaçmayıb. Söhbət Viktoriya Bekhemin də qulağına gedib çatıb. Modelin Devidlə mehriban söhbətinə Viktoriya əsəbiləşib.

Buna görə də "Dior"un nümayişi zamanı Devid bacardığı qədər Belladan uzaq gəzməyə çalışıb./Axşam.az

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR