Hadisənin bacısından AÇIQLAMA

29.11.2018 14:59

Anası intihara cəhd etməzdən əvvəl Hadisənin stilisti olan bacısı Dərya Açıkgöz işsiz qaldığını etiraf edib.

Derya Açıkgöz dünən restoranda qəhvə içərkən görüntülənib. Paparatsilərə yaxalanan Derya jurnalistlərin suallarını cavablandırıb:

"Yeni sürprizlər gəlir, özümə vaxt ayırmaq istədim. İşimi davam etdirirəm. Hazırda geyindirdiyim heç kim yoxdur, özümə vaxt ayırdım, amma yavaş-yavaş işə qayıdıram".

O, küsülü olduğu ulduz bacısı ilə yenidən işbirliyinə başlaması ilə bağlı suala belə cavab verib:

"Təbii ki, onunla çalışmağa hər zaman hazıram. Hazırda stilisti deyiləm, amma onu geyindirməyə hazıram. Küskünlük olmayıb, elə bir şey yoxdur. Hər şey qaydasındadır, çətinlik yoxdur. Bəzi məsələlərin özəl qalmasını istəyirik. Anam da çox yaxşıdır. İnşallah bir gün hamımızı bir arada görəcəksiniz. Biz hər zaman bir-birimizə dəstək çıxacağıq. Təəssüf ki, haqqımızda yalan informasiyalar çıxır”./publika.az

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR