Hindistan Trampa qulaq asmadı, İrandan...

28.11.2018 12:16

Hindistan İrandan 1.42 milyard dollar həcmdə neft alıb.

ABŞ-ın İrana qarşı sanksiya siyahısına daxil edilmiş Hindistan bu ölkədən neft idxalını 36 faiz artırıb.

Sentyabrda 1.89 milyon ton xam neft idxal edən Hindistan noyabrda bu rəqəmi 2.57 milyon tona qaldıraraq, İrandan 1.42 milyard dollar həcmdə neft alıb.

ABŞ-ın OPEC-dəki əsas müttəfiqi Səudiyyə Ərəbistanından isə oktyabrda 3.05 milyon ton xam neft alan Hindistan idxalatı əvvəlki ayla müqayisədə 13% azaldıb.

ABŞ Prezidenti Donald Tramp Türkiyə, Cənubi Koreya, İtaliya, Yunanıstan, Çin, Tayvan, Hindistan və Yaponiyaya müraciət edərək, İrandan neft idxalını dayandırmağa çağırıb.

Rəsmi Vaşinqton çağırışa məhəl qoymayan ölkələrə sanksiya tətbiq ediləcəyini açıqlayıb.(teleqraf.com)

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR