Ən yüksək gəlirləri olan on müğənninin adları açıqlandı

23.11.2018 16:24

Forbes nəşri 2018-ci ildə dünyada ən yüksək gəlirləri olan müğənnilərin illik reytinqini açıqlayıb

2015-ci ildən bu siyahıya başçılıq edən amerikalı müğənni Keti Perri növbəti dəfə də ilin ən uğurlu müğənnisi olub. Onun gəlirləri 83 milyon ABŞ dolları təşkil edib. O, American Idol populyar şousunda iştiraka görə 20 milyon dollar qazanıb.

İkinci yerdə Teylor Svift qərarlaşıb. Müğənni Reputation albomu ilə böyük uğur qazanıb və albomun çıxdığı ilk 1 həftədə iki milyon nüsxə satıb.

Reytinqdə üçüncü yeri tutan Beyons isə bu yaxınlarda əkiz övladlarını dünyaya gətirməsinə baxmayaraq, musiqi festivallarında iştirak edib və ABŞ-da konsert turu keçirib. Onun illik gəliri 60 milyon dollar olub.

Rihanna, Selin Dion, Britni Spirs kimi məşhurlar da ən çox qazanan ilk onluğa daxildirlər. /sputnik.az

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR