İbrahim Tatlısəs keçmiş arvadına evlənmə təklifi etdi: “8-cu övladımın anası sən ol”

09.11.2018 14:23

"O, məni çox sevir, mən də onu”

Türkiyəli tanınmış müğənni İbrahim Tatlıses 2011-ci ildə evlənib, 2013-cü ildə boşandığı həyat yoldaşı Ayşegül Yıldıza bu ilin yanvar ayında yenidən evlənmə təklifi edib, "Yox” cavabını alıb.

Ayşegül Yıldız bu günlərdə "Kanal D”-də yayımlanan "2. Sayfa” verilişinə qonaq olub. Veriliş zamanı İbrahim Tatlıses efirə canlı bağlantı ilə qoşularaq "Sarışın, səni sevirəm və təklifim hələ də keçərlidir. 8-ci uşağım səndən olmalıdır” deyib.

Ayşegül Yıldız isə "Biz evli olsaq da, olmasaq da, yeri məndə başqadır. Amma evlilikdə bir tərəf digər tərəfi yorur. Artıq bir-birinizə zərər verməyə başlayırsınız. O, məni çox sevir, mən də onu çox sevirəm. Amma o dəftər bağlanıb” deyib./AzNews.az

© xezerxeber.az

FOTOQALERIYA






134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR